Depozit hərracında tələb təklifi 2 dəfə üstələyib | Banco.az

Depozit hərracında tələb təklifi 2 dəfə üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

AMB-yə istinadən xəbər verilir ki, hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 98,67% çox - 298 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,96% təşkil edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et