Depozit hərracında tələb təklifə bərabər oldu | Banco.az

Depozit hərracında tələb təklifə bərabər oldu

29.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 200,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,82% təşkil etmişdir.

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu gün keçiriləcək depozit hərracında 200 milyon manatı cəlb edəcəyini elan etmişdi və bu məbləğ də cəlb edilib.

Depozit həracı üzrə müddət 14 gün, faiz dərəcəsi 6,76% - 7,24% aralığında müəyyən edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası məqsədilə həyata keçirilir.

Məlumat üçün bildirək ki, sterilizasiya əməliyyatı artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et