30.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 189,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,96% təşkil etmişdir.
Xatırladaq ki, Mərkəzi Bank 30 mart 2020-ci il tarixində keçiriləcək hərrac vasitəsilə 200 milyon manat (təklif) cəlb edəcəyini açıqlamışdı. Nəticə etibarı ilə, ilk dəfə olaraq depozit hərracında tələb təklifdən aşağı düşüb.