Depozit hərracında 100 mln. manat vəsait cəlb edilib | Banco.az

Depozit hərracında 100 mln. manat vəsait cəlb edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

Oktyabr 26-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 633 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram