Depozit hərracı nədir? | Banco.az

Depozit hərracı nədir?

Ötən ilin iyunun 13-dən etibarən, Mərkəzi Bank banklardan vəsait cəlb etmək üçün depozit hərracı keçirir. Buna qədər bank həmin vəsaitləri cəlb etmək üçün not (qiymətli kağız) emissiya edirdi. Deməli banklar Mərkəzi Bankdan qısamüddətli notlar alır və həmin vəsait Mərkəzi Bank tərəfindən istifadə olunurdu. Banklar istədiyi vaxtda, notu geri satmaq hüquna malik idi.

Daha sonra isə Mərkəzi Bank depozit hərraclarının təşkilə başladı.  Bu isə dövlət istiqrazlarını ala bilməyən banklara əlavə investisiya aləti kimi MB-in depozit hərraclarında iştirak edərək likvid manat vəsaitlərini yerləşdirmək imkanı verdi.

Beləliklə banklar öz likvid vəsaitlərini hərraca çıxarır və Mərkəzi Bank ona sərf edən faizlə (yəni təqdim edilən faizlər içərisindən) həmin vəsaiti cəlb edir. Əgər MB-nin vəsaitə ehtiyacı çoxdursa, hətta banklar hərracda öz likvid vəsaitlərini daha yüksək faizlə təqdim edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, 2016-cı ilin İyunun 13-də keçirilmiş hərracın nəticələrinə görə, cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil edib.

Faiz dərəcələrinin hərəkətinə uçot dərəcəsi – yəni mərkəzi bankın banklara borc verdiyi faiz dərəcəsi də təsir edir.

Bu ilin may ayında elan edilən edilən depozit hərraclarında faiz dərəcləri isə 12,01%-14,99% (məbləğ 150 milyon manat) arasında dəyişir. Depozitlər Mərkəzi Bankda 14 gün müddətinə yerləşdirilir. Depozitlərin hərracı “Bloomberg” ticarət platformasında gerçəkləşir.

Bəzi ekspertlər hesab edir ki, banklar üçün notlar, AMB-də depozit yerləşdirməkdən daha sərfəli idi,. çünki notları fond bazarı sistemi üzərindən həm istənilən vaxt digər banklara satmaq və ya MB-a geri qaytarmaq mümkündür. Depozitlərdə isə 14 günlük müddətin başa çatmasını gözləmək lazım gəlir.