Depozit hərracı keçiriləcək | Banco.az

Depozit hərracı keçiriləcək

Avqustun 24-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26 - 6,74 faiz təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram