Artıq bir çox insanın plastik kartı var. İnsanlar plastik kartın imkanlarından yararlanmağı sevirlər, çünki bu pulla istifadəni daha rahat bir hala gətirir. Kİmisi bu xidmətdən online ödənişlər üçün istifadə edirsə,kimisi də pulunu mühafizə etmək üçün plastik kartlara müraciət edir.
Bəs bilirdinizmi ki, bəzi kartlarda bu iki xidmətdən yararlanarkən kartınızdakı qalıq məbləğə faiz hesablana bilər. Bu kartlar debet kart növünə daxildir və eyni zamanda depozit imkanlarını da təqdim edir.
Qeyd edək ki, debet kart mal və xidmətlər üzrə ödənişlər etmək, bankomatlarda nağd pulların çıxarılması üçün istifadə olunan bank ödəniş kartıdır. Debet kartların əsas funksiyası, tədavüldə olan kağız pulların əvəzlənməsi və müştərinin öz vəsaitləri ilə nağdsız ödənişlərin aparılmasından ibarətdir. Bu kartlar vasitəsilə dünyanın istənilən nöqtəsində, həm bankomatlardan nağd pul çıxara, həm də ticarət mərkəzləri və mağazalarda ödənişlər aparıla bilər.
Ölkəmizdə faiz qazandıran debet kartlar bunlardır:
"mycard" - Accessbank
İllik xidmət haqqı - pulsuz - 100 AZN
İllik gəlir - 6%-ə qədər
Müddət - 1, 2, 3 il
İlkin mədaxil tələbi - yoxdur
Depozit və debet kartlarının xüsusiyyətlərini özündə birləşdirən və eyni zamanda əlavə üstünlüklərə malik olan beynəlxalq kartdır.
mycard ilə Siz dünyanın istənilən ölkəsində alış-veriş edə və öz vəsaitinizdən əlavə qazanc əldə edə bilərsiniz.
mycard ilə ATM, POS terminal və internet olan hər yerdə ödəniş etmək mümkündür.
Qeyd edək ki, depozit faizinin hesablanması üçün kartda minimum 500 AZN/USD olmalıdır.
Nağdlaşdırma faizi - 0 %
Üstünlüklər:
- mycard la edilən ödənişlərə AccessQazanc proqramı çərçivəsində cash back xidməti tətbiq olunur.
- Bu xidmətsayəsində AccessBank-ın kartı ilə edilən ödənişlərin bir hissəsi müştərinin kartına geri qayıdır;
- SMS-Bankinq və İnternet-Bankinqə xidmətlərindən 1 illik pulsuz istifadə öz hesablarınıza 24/7 rejimində nəzarət və idarə etmə imkanı yaradır;
- Card-to-card xidmətindən istifadə bankomat vasitəsilə kartdan karta operativ şəkildə pulköçürmə etməyə şərait yaradır;
- 3D Secure xidmətinə qoşulma bank kartı ilə edilən onlayn-ödənişlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
"Fankart" - Amrahbank
İllik xidmət haqqı - 20, 25, 35 AZN/USD
İllik gəlir - 6%-ə qədər
Müddət - 1, 2, 3 il
İlkin mədaxil tələbi - yoxdur
Amrahbank müştərilərinə əməkdaşlıq etdiyi “Neftçi” futbol klubunun korporativ stilinə uyğun olaraq, nəfis dizaynla hazırlanmış Fankart adlı yeni plastik kartlarını təqdim edir.
“Amrahbank”ın Fan kartlarının üstünlükləri: Kart sahibləri arasında “Neftçi” futbol klubunun oyunlarına uduşlar, onlayn ödənişlər, ticarət obyektlərində və kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, bankomatlardan nağd vəsaitin əldə olunması, SMS xəbərdarlıq, İnternet bank, Card-ro-card, mobilbank xidmətləri
Qeyd: “Neftçi” fankart sahibləri arasında vaxtaşırı olaraq stimullaşdırıcı aksiyalar da keçiriləcəkdir. Aksiyada Fankart sahiblərinə “Neftçi” futbol klubunun xüsusi prizləri təqdim olunacaqdır.
İllik xidmət haqqı - yoxdur
İllik gəlir - 5%-ə qədər
Müddət - 1 il
İlkin mədaxil tələbi - 100 AZN/USD
Amrahbank ASC yaranma tarixinin 20 illik yubileyi münasibıtilə yeni Visa Classik, Visa Gold və Mastercard Platinum kart sahiblərinə plastik kart hesabının qalığına illik 5 faiz gəlir təklif edir.
Üstünlükləri: Kart hesabının qalığına illik gəlirin hesablanması, Onlayn ödənişlər, Ticarət obyektlərində və kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, Bankomatlardan nağd vəsaitin əldə edilməsi, SMS xəbərdarlıq, İnternet bank, Card- to-card, Mobil-bank xidmətləri.
Kartlar üçün ilkin mədaxil kart hesabının valyutasında tətbiq edilir.
İllik xidmət haqqı - yoxdur
İllik gəlir - 12%-ə qədər
Müddət - 1 və ya 2 il
İlkin mədaxil tələbi - 100 AZN/USD
- Hesab qalığını istədiyiniz vaxt, istədiyiniz məbləğə artıra bilisiniz.
- Kartdan-karta xidmətindən (Card-to-Card) istifadə etməklə hesabınızı 7 gün 24 saat ərzində banka gəlmədən Rabitəbankın və ya digər bankların bankomatlarından, eləcə də İnternet Bankçılıq xidmətinə qoşulmaqla İnternet vasitəsilə həyata keçirə bilərsiniz
- Bankın bankomatlarından nağdlaşdırma faizi tutulmur.
- Hesabda qalıq 100 AZN/USD-dən az olarsa faiz hesablanmır.
- Online alış-verişlərdə istifadə oluna bilər (mərc oyunları istisna olmaqla)
"Albalı Plus" - Debet - Unibank
İllik xidmət haqqı - 5 AZN/USD-dən başlayır
İllik gəlir - 6%-ə qədər
Müddət - 3 il
İlkin mədaxil tələbi - yoxdur
- “Albalı Plus” debet kartı istifadəçilərinə dünyanın hər bir nöqtəsində POS-terminal olan mağazada alış-veriş etmək və ya onlayn şəkildə daha rahat və daha təhlükəssiz ödəniş etmək imkanını yaradır.
- “Albalı Plus” debet kartına sahibi kartdan şəxsi vəsaitini Unibank bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. Çünki “Albalı Plus” debet kartı üzrə nağdlaşdırma komissiyası 0 % təşkil edir.
- “Albalı Plus”debet kartı unikal depozit imkanlı kartdır. Kartda AZN, USD valyutasında vəsait saxlayan müştərilər reytinqindən asılı olaraq, illik 6%-dək gəlir əldə edəcəklər.
- Kartın istifadə müddəti 3 ildir
Bu kartlara sahib olmaq istəyənlər , kartlarının hansı bəynəlxalq ödəniş sisteminə aid olmasını özləri seçə bilirlər. Həm Visa, həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.
Depozit funksiyası Unibank-ın ə/h kartlarında da mövcuddur.
"Bolkart debet" - Bank of Baku
Qeyd edək ki, Bank of Baku da yaxın zamanlarda debet kartlarına depozit funksiyasını tətbiq etməyə başlayıb. Bankın Bolkart debet və əmək haqqı kartlarında kart qalığına faiz hesablanaraq məbləğə əlavə olunur.
İllik xidmət haqqı - 7 AZN-dən başlayır
İllik gəlir - 5%-ə qədər
Müddət - 1, 2, 3 il
İlkin mədaxil tələbi - yoxdur
Bolkart debet kartlarını əldə edərkən ilkin olaraq hesaba 100 AZN daxil etməklə bu kartı pulsuz əldə etmək olar.
Tətbiq edilən bu yenilik sayəsində müştərilər, Bankda əmanət hesabı açmadan gündəlik olaraq əlavə gəlir qazana biləcəklər. Əmanət hesabından fərqli olaraq, bu kart sahibləri balanslarındakı vəsaiti istədikləri an heç bir komissiya tutulmadan nağdlaşdıra və ya hesablarından çıxara bilərlər.
İllik 5% gəlir qazanmaq üçün, Bolkart debet və Bank of Baku-nun əmək haqqı kart sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir. Əlavə faiz balansdakı qalıq məbləğin üzərinə gündəlik olaraq gəlir. Bu xidmət, hələ ki, AZN valyutasında olan kartlara şamil olunur. Cari Bolkart sahibləri artıq bu üstünlükdən faydalana bilər.