Dentacoin nədir? Dentacoin niyə əhəmiyyətlidir? | Banco.az

Dentacoin nədir? Dentacoin niyə əhəmiyyətlidir?

Blockchain get-gedə həyatımıza daha çox nüfuz edir

Blockchain texnologiyası Bitcoin ilə həyatımıza daxil olandan bəri çox böyük irəliləyişlər əldə etdi. Xüsusilə, Ethereum kimi blockchain layihələri sayəsində artıq blockchain texnologiyası həyatımızda yeni-yeni tətbiqləri ilə öz yerini tutub. Bu məqaləmizdə bəlkə də ən fərqli istifadə sahəsi ilə qarşımıza çıxan Dentacoin-i nəzərdən keçirəcəyik.

Dentacoin nədir?

Adından da göründüyü kimi, Dentacoin diş və diş sağlamlığı ilə bağlı bir coindir. Blockchain və Ethereum əsaslı olan bu coin diş klinikaları və insanlar arasında blockchain şəbəkəsi ilə əlaqə yaradır və istifadəçilərə daha sağlam dişlərə sahib olmağın yollarını təqdim edir. Dentacoin sayəsində müqaviləli diş həkimlərindən daha münasib qiymətə xidmət ala, getmək istədiyiniz klinika və diş həkimi haqqında məlumat öyrənə və dünyadakı diş və kliniki avadanlıqları uyğun qiymətlərə ticarətini reallaşdıra bilərsiniz.

Dentacoin niyə əhəmiyyətlidir?

Dentacoin-in bu qədər vacib olmasının və getdikcə məşhurlaşmasının səbəbi real həyatda insanların ehtiyacı olan xidmətə blockchain əsaslı həll gətirməsidir. İndiyə qədər tez-tez eşitdiyimiz “bu kriptovalyutalar nə işə yarayır?” sualına cavab xarakterli layihə olduğu üçün tez önə çıxır. Bəlkə də Dentacoin sahəsində bir ilk olaraq blockchain texnologiyasını gündəlik həyatla uyğunlaşdıraraq insanların həmin texnologiyadan necə istifadə edə biləcəyinə kömək edəcək.

Dentacoin-i necə əldə etmək olar?

Dentacoin coin satışları sona çatdı, lakin heç də fürsəti qaçırdığınızı demək olmaz. Fərqli birjalar vasitəsilə əməliyyat reallaşdıran Dentacoin-ə BTC / ETH kimi coinlər ilə sahib ola bilər və ya Dentacoin komandasının tərtib etdiyi platforma üzərindən diş və diş sağlamlığı haqqındakı suallara cavab verərək və ya ziyarət etdiyiniz klinika / həkim haqqında fikir bildirərək Dentacoin qazana bilərsiniz. Bununla yanaşı, layihənin arxasında olan komanda 2018-ci ilin oktyabrında yenidən bir coin satışı etməyi planlaşdırır. Coin satışı ilə də Dentacoin satın alaraq layihəyə daxil ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et