Dəniz nəqliyyatı ilə yükdaşıma artıb | Banco.az

Dəniz nəqliyyatı ilə yükdaşıma artıb

Dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında daşınan yüklərin həcmi 1273,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artıb.Yüklərin 50,5 faizini neft yükləri təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, dəniz limanları tərəfindən 2072,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1658,9 min tonunu və ya 80,0 faizini tranzit yüklər təşkil edib.

2024-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 42,9 faiz artaraq 4,0 min nəfər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram


 

Ən sərfəli krediti almaq üçün müraciət et