Əgər aylıq gəliriniz ən azı 100 AZN-dırsə Siz bu kartı əldə edə bilərsiniz.
Bu dəfə isə Sizi daha bir taksit kart ilə tanış etmək istərdik. DəmirTaksit Azərbaycan plastik kart bazarına 2014-cü ilin iyul ayında daxil olmuşdur, lakin qısa müddətdə təklif etdiyi sərfəli şərtlər ilə istifadəçilərin diqqətini cəlb edə bilmişdir.
DəmirTaksit nədir?
Kartdan Azərbaycanda və eləcə də dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin İnternetdə mal və xidmətin dəyərini ödəmək məqsədi istifadə etmək mümkündür.
Xərclənən məbləğ avtomatik olaraq 1, 3, 6 və ya 12 aya bölünür və aylıq ödəniləcək məbləğ müəyyən edilir.
DəmirTaksit-in imkanları və üstünlükləri:
- Heç bir məhdudiyyət olmadan ölkə daxilində və xaricdə istifadə etmək imkanı;
- İnternet vasitəsilə onlayn ödənişlər həyata keçirmək imkanı;
- Kart üzrə ödənilən məbləği 1, 3, 6 və 12 aya bölərək hissələrlə ödəmək imkanı;
- Sadələşdirilmiş və avtomatlaşdırılmış bölgü sxemi;
- Kart əldə etmək üçün müştəridən minimal aylıq gəlir tələbi;
Əgər aylıq gəliriniz ən azı 100 AZN-dirsə Siz bu kartı əldə edə bilərsiniz.
DəmirTaksit-i əldə etmək üçün minimum aylıq xalis gəlir:
- Minimum 100 AZN
DəmirTaksit kartını indi sifariş et!
DəmirTaksit-ə verilən kredit limit məbləğləri:
- 300 AZN
- 800 AZN
- 1300 AZN
- 2000 AZN
DəmirTaksit üzrə bölgü və hesablanan faizlər:
İstənilən ticarət və xidmət mərkəzlərində, İnternetdə, həmçinin bankomatlarda kartdan istifadə edilən gündən etibarən və son borc qalığından asılı olaraq kredit müddəti aşağıdakı qaydada təyin olunur:
Aralıq |
Ödəniş müddəti |
Komissiya |
0 – 100 AZN |
1 ay |
3 % |
101 – 200 AZN |
3 ay |
5.5 % |
201 – 300 AZN |
6 ay |
9.5 % |
301 – 2000 AZN |
12 ay |
19 % |
Ödəniləcək məbləğin hesablanması:
Misal 1.
Əgər müştəri 290 AZN xərcləyibsə, bu məbləğ 201 – 300 AZN aralığına düşür və hesablanmış komissiya (9,5% - 27,55 AZN) ilə birlikdə toplanaraq 6 aya bölünür. Nəticədə aylıq ödəniş (290+27,55)/6 = 52,92 AZN-ə bərabər olur.
Misal 2.
Əgər müştəri 90 AZN xərcləyibsə, bu məbləğ 0 – 100 AZN aralığına düşür və hesablanmış komissiya (3% - 2,7 AZN) ilə birlikdə toplanaraq 1 aya bölünür. Nəticədə 92,7 AZN qalıq borc əmələ gəlir. Əgər müştəri yenidən 30 AZN xərcləyərsə, ümumi borc (92,7+30=122.7 AZN) yeni aralığa (101 – 200 AZN) düşür və son xərclənən məbləğ (30 AZN) hesablanmış komissiya ilə birlikdə (5,5 % - 1,65 AZN) həmin aralığa uyğun 3 aya bölünür.
Misal 3.
Əgər müştəri 160 AZN xərcləyibsə, bu məbləğ yuxarıda göstərildiyi qaydada 101 – 200 AZN aralığına düşür və hesablanmış komissiya (5,5% - 8,8 AZN) ilə birlikdə toplanaraq 3 aya bölünür, nəticədə 168,8 AZN qalıq borc əmələ gəlir. Əgər müştəri yenidən 50 AZN xərcləyərsə, ümumi borc (168,8+50=218,8 AZN) yeni aralığa (201 – 300 AZN) düşür və son xərclənən məbləğ (50 AZN) hesablanmış komissiya ilə (9,5 % - 4,75 AZN) birlikdə toplanaraq həmin aralığa uyğun 6 aya bölünür.
Misal 4.
Əgər müştəri 270 AZN xərcləyibsə, bu məbləğ 201 – 300 AZN aralığına düşür və hesablanmış komissiya ilə (9,5% - 25,65 AZN) birlikdə toplanaraq 6 aya bölünür. Nəticədə 295,65 AZN qalıq borc əmələ gəlir. Əgər müştəri yenidən 140 AZN xərcləyərsə, ümumi borc (295,65+140=435,65 AZN) yeni aralığa (301 və >) düşür və son xərclənən məbləğ (140 AZN) hesablanmış komissiyalarla (19% - 26,6 AZN) birlikdə toplanaraq həmin aralığa uyğun 12 aya bölünür.
Qeyd: Bankomatlarda nağd pul çıxaran zaman Bankın mövcud tariflərinə əsasən çıxarılan məbləğə komissiya əlavə olunur.