DəmirBank ASC 4 vakansiya üzrə işçi qəbulu elan edir. Banco.az portalı olaraq, vakansiyalar və onlar barədə məlumatları sizin diqqətinizə çatdırırıq:
Marketinq Departamentinin Reklam və PR şöbəsi mütəxəssisi
İşin təsviri:
• Reklam və PR fəaliyyəti üzrə illik fəaliyyət planlarının və proqramların hazırlanması və icrasında iştirak;
• Bank məhsulları və xidmətləri üzrə bazarın cari vəziyyətini, inkişaf meyillərini və satış dinamikalarını, rəqib bankların şərtlərini, üstün və zəif cəhətlərini araşdırılması və təhlili işlərində iştirak;
• Bankın reklam-imic fəaliyyətinin strategiya və taktikasının başlıca istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• Reklam ideyalarının işlənib hazırlanmasında iştirak;
• Filialların satış və marketinq fəaliyyətlərinin əlaqələndirilməsi və marketinq fəaliyyətlərində iştirak;
• Şirkət və təşkilatlara görüşlərin keçirilməsi üçün rəsmi müraciətlərin olunması;
• Filial əməkdaşlarının görüşləri  ilə bağlı hesabatların hazırlanması;
• Bakı və regionlarda tədbirlərin keçirilməsi və təşkili işləri ilə bağlı əlaqələndirilməsi;
• Filial əməkdaşlarının satış fəaliyyətləri ilə bağlı təlimlərin keçirilməsi prosesində iştirak edilməsi;
• Filiallara müxtəlif marketinq vasitələrindən istifadə qaydaları ilə bağlı təlimlərin keçirilməsi prosesində iştirak iştirak edilməsi;
• Marketinq Departamenti tərəfindən keçirilən layihələrdə iştirak edilməsi.
Namizədə qarşı tələblər:
• Ali təhsil; 
• Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
• Media məhsulları və kommunikasiya metodlarında təcrübəyə sahib olmaq;
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq;
• PR və satış sahəsində təcrübə əlavə üstünlük sayıla bilər;
• Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsinin olması;
• MS Word, MS Excel kompüter proqramları ilə işləmək bacarığı;
• Mobil, dinamik, operativ, dəqiq, hər sözə dəqiqliklə yanaşan, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək bacarığı olan namizədlərə üstünlük veriləcəkdir;
• Azərbaycan, İngilis və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Xəzinədar (3 vakant yer)
İşin təsviri:
- Bank iş gününün əvvəlində filial müdiri və mühasib ilə birgə kassanı mühafizəçidən təhvil alaraq açılması, nəğd pul vəsaitlərini və digər qiymətlilərin mövcudluğunu sayaraq yoxlanılması;
 - İnkassatorların gətirdikləri pulları və qiymətlilərin qəbul edilməsi;
 - Bank günü ərzində kassaya daxil olan nağd pulları elan blankı ilə qəbul edilməsi;
 - Pulların həqiqiliyinin, dövriyəyə yararlığının yoxlanılması;
 - Dövriyyəyə yararlı pullar nominallar üzrə qablaşdırılması;
 - Dövriyyəyə yararsız pulların ayrıca qablaşdırılması;
 - Saxta pullar aşkarlandıqda, aktlaşdırılması;
 - Məxaric sənədlərindəki bankın məsul şəxslərinin imzalarının həqiqiliyini imza nümunələri albomu ilə tutuşduraraq yoxlanılması;
 - Müştərilərin şəxsiyyətini təsdiq edən sənədlə eyniləşdirilməsi;
 - Müştərinin şəxsiyyətini təsdiq edən sənədlə məxaric sənədində olan imzasını eyniləşdirilməsi;
 - Bankın təyin etdiyi məzənnə əsasında müştərilərlərin valyuta-mübadilə əməliyyatlarının aparılması;
 - Gün ərzində aparılan əməliyytalar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
 - Kassa kitablarında yazılışlar aparılması;
 - Günün kassa mədaxil və məxaric şənədlərini mühasibə təqdim edilməsi;
 - Əmanətlərlə bağlı uçotun aparılması.
 
Namizədə qarşı tələblər:
- Ali iqtisadi və ya riyazi təhsil;
 - Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
 - Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 - Yüksək səviyyədə kompüter bilikləri (Ofis proqramları);
 - Tələb olunduğu təqdirdə regional filiallara ezam olunma imkanı (uzun müddət ola bilər);
 - Stress altında işləmə qabiliyyəti;
 - Bankın etik məcəlləsinin tələblərinə cavab verən şəxsi keyfiyyətlər;
 - Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
İstehlak kreditləri üzrə mütəxəssis (Şamaxı filialı)
İşin təsviri:
 Bankın istehlak kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
 Birbaşa marketinq funksiyasını həyata keçirtmək;
 Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək; 
 Müştərinin ərizəsini qəbul etmək; kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək; 
 Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
 Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
 Fəaliyyətinə dair hesabatlar vermək;
 Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
 Cari hesabların SAP proqramı vasitəsilə açılması.
Namizədə qarşı tələblər:
 Ali təhsil  (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
 Azərbaycan dilini yaxşı səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
 Satış qabiliyyətinə malik olmaq;
 Analitik təhlil qabiliyyətinə malik olmaq;
 MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
 Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 iyul 2014-cü il tarixinədək yalnız [email protected] elektron ünvanına göndərə bilərlər.
Biznes kreditləri üzrə mütəxəssis (Şamaxı filialı)
İşin təsviri:
 Məhsullar üzrə kredit portfelinin təhlil olunması;
 Yeni kredit məhsullarının filiallarda tətbiqi, kredit portfellərinə nəzarət;
 Potensial müştərilərin cəlb edilməsi;
 Birbaşa marketinq funksiyasını həyata keçirtmək;
 Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
 Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək;
 Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq; 
 Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
 Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
 Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək.
Namizədə qarşı tələblər:
 Ali təhsil  (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
 Azərbaycan dilini yaxşı səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
 Sözü gedən sahədə ən azı 1 il iş təcrübəsinə sahib olmaq;
 Satış qabiliyyətinə malik olmaq;
 Analitik təhlil qabiliyyətinə malik olmaq;
 MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
 Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 iyul 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar üzrə müraciət edəcək namizədlərdən xahiş olunur ki, email-in mövzu hissəsində müraciət etdikləri vəzifənin adını (“Reklam və PR şöbəsinə mütəxəssis”, “Xəzinədar”, “istehlak kreditləri üzrə mütəxəssis – Şamaxı”, “biznes kreditləri üzrə mütəxəssis – Şamaxı”) mütləq şəkildə qeyd etsinlər.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs
