"DəmirBank"dan cavab gəldi: Haker hücumlarının böyük hissəsinin qarşısı alınıb | Banco.az

"DəmirBank"dan cavab gəldi: Haker hücumlarının böyük hissəsinin qarşısı alınıb

"DəmirBank"ın heç bir müştərisinin hesabına müdaxilə olmayıb. Bu barədə bankdan bildiriblər.

Banco.az-a bankdan bildirilib ki, bununla bağlı iddialar tamamilə əsassızdır:

"06 fevral 2017-ci il tarixində bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilib. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınıb.

Baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub".

Qeyd edək ki, bu yaxınlarda yeni biznes modelə keçid etdiyini açıqlayan "DəmirBank" kapitalının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı qərar verib. Hazırda kapitalın artırılması prosesi gedir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

Ən sərfəli krediti almaq üçün müraciət et