DəmirBank sizə şöbə müdiri olmağı təklif edir! | Banco.az

DəmirBank sizə şöbə müdiri olmağı təklif edir!

İşin təsviri:

• Əməliyyatlar üzərində nəzarət mexanizmlərinin yaradılması;
• Biznes proseslərinin yaradılması və optimallaşdırılması;
• Gündəlik balansa edilən dəyişiklərə nəzarət edilməsi;
• Müştəri hesablarında düzəlişlərin edilməsinə nəzarət edilməsi;
• Kredit üzrə faiz dərəcələrinə gündəlik nəzarət edilməsi;
• Ehtiyatların yaradılmasına və qaytarılmasına nəzarət edilməsi;
• Kredit xətləri ilə bağlı bütün əməliyyatlara nəzarət edilməsi;
• Ümidsiz kreditlər ilə bağlı müxabirləşmələrə nəzarət edilməsi;
• Daxili prosedur və qaydaların yaradılması və onların biznes proseslər ilə uyğunluğuna nəzarət edilməsi;
• Filial nəzarətçiləri iə birgə iş, onların təlimləndirilməsi və dəstəklənməsi.

Namizədə qarşı tələblər:

• Təhsil: Ali – iqtisadi, mühasibatlıq;
• Maliyyə sektorunda beynəlxalq sertifikatlara sahib olmaq;
• Sözü gedən sahədə ən azı 5 illik iş təcrübəsinə sahib olmaq;
• Azərbaycan, Rus və İngilis dilləridə əla səviyyədə yazı və ünsiyyət bacarığına sahib olmaq;
• Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla;
• Audit səriştəsinə sahib olmaq;
• Kommersiya və biznes yönümlü düşüncə tərzinə sahib olmaq;
• Yüksək səviyyədə riyazi bacarıqlara sahib olmaq;
• Yüksək səviyyədə idarəetmə bacarığına sahib olmaq;
• Sürətli lakin səmərəli qərar vermə qabiliyyətinə sahib olmaq.

Ən sərfəli kredit üçün müraciət et

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 may 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (MND-şöbə müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs