"Dəmirbank" rəhbərliyi "Parabank"la konsolidasiya haqqında yayılan xəbərləri təkzib edib | Banco.az

"Dəmirbank" rəhbərliyi "Parabank"la konsolidasiya haqqında yayılan xəbərləri təkzib edib

"Dəmirbank" ASC digər bank - "Parabank" ASC ilə gözlənilən birləşməsi barədə mətbuatda yayılan xəbərlərin doğru olmadığını açıqlayıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, "Dəmirbank" adı çəkilən bankla birləşmək haqda danışıq aparmayıb.

"Son zamanlar mətbuatda "Dəmirbank"ın hər hansi bir bankla birləşməsinə dair məlumatlar yayılıb. Şəffaflıq ənənələrinə sadiq qalaraq, "Dəmirbank" hər zaman strateji qərarlarını müştərilərilərə və mətbuata açıqlayır. "Dəmirbank"la "AGBank" arasında ilkin niyyət protokolu imzalansa da, fevralın 11-də nəzərdə tutulmuş konsolidasiya prosesi ləğv edilib. Sözü gedən konsolidasiya prosesi üzrə müzakirələr dayandırıldıqdan sonra, "Dəmirbank" "ParaBank"la birləşmək haqda heç bir danışıqlara başlamayıb", - deyə məlumatda bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

"Hər hansı bir bankla birləşmə haqqında müzakirələr başlandığı halda ictimaiyyətə, tərəfdaşlara və mətbuata bunun haqqında məlumat veriləcək", - deyə "Dəmirbank"dan əlavə olunub.