“Dəmirbank”-ın əmanətçilərinə 45 mln. manatdan artıq kompensasiya ödənilib | Banco.az

“Dəmirbank”-ın əmanətçilərinə 45 mln. manatdan artıq kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bu il fevralın 1-dən, ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 45,5 mln. manat  kompensasiya ödəyib.

Bu barədə Fond məlumat yayıb.

Qeyd edək ki, kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə, Bankın 26 filialında ödənilir. Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər. 

Report.az