Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən ay ləğvedicisi olduğu “Dəmirbank”ın qorunan əmanətçilərinə 43,2 mln. manat kompensasiya ödəyib.
Bu barədə Fond məlumat yayıb.
Qeyd edək ki, kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank”ın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə, Bankın 26 filialında ödənilir. Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər.
Report.az