Dəmir yolu nəqliyyatı ilə 2023-cü ildə 18,3 milyon ton yük daşınıb | Banco.az

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ildə 18,3 milyon ton yük daşınıb

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ildə 18,3 milyon ton yük, 7107,5 min sərnişin daşınmış, 2022-ci illə müqayisədə yük daşınmasında 2,6 faiz azalma, sərnişin daşınmasında isə 38,4 faiz artım müşahidə olunub.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Orta hesabla sutkada 400 vaqon yüklənmiş, 424 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,2 min ton, Qərb istiqaməti üzrə 3,1 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram