Müəllif: Tamara Mustafayeva, Banco.az
Dəmir filizinin qiyməti 140 dollardan bahalaşmaqla 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, post-pandemiya dövrünün zəif bərpasının investorları məyus etməsindən sonra Çinin iqtisadi dirçəlişinin və poladdan istifadə edən daşınmaz əmlak sektorunun nəhayət ki, sürət qazandığına dair optimizm artır.
Belə ki, dəmir filizi 2022-ci ilin iyun ayından bəri ən yüksək həddə çatıb. Bu, Pekinin son aylarda daşınmaz əmlak bazarındakı enişi dayandırmaq cəhdlərinin nəticə verə biləcəyini göstərir.
Dəmir filizinin qiyməti 1,16 faiz bahalaşaraq ton başına 140,05 dollara çatarkən, Dalyan birjasında ticarət olunan fyuçers müqavilələri 1,9 faiz dəyər qazanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!