Dəmir filizi ucuzlaşmaqda davam edir | Banco.az

Dəmir filizi ucuzlaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dəmir filizi həftənin ilk ticarət günündə 90 dollardan aşağı satılıb.

Banco.az xəbər verir ki, qlobal iqtisadiyyatla bağlı müxtəlif göstəricilər bazar iştirakçıları arasında artımla bağlı pessimist baxışlar yaradarkən əmtəə bazarı da bu mənfi proqnozlardan təsirlənir.

Bu çərçivədə barometr kimi qəbul edilən xammallardan biri olan dəmir filizi sözügedən proqnozların təsiriylə 2022-ci ildən bəri ilk dəfə ton başına 90 dollardan ucuzlaşıb.

Qeyd edək ki, Çinin həll olunmamış polad böhranı xammala olan tələbatı təhdid etdiyi üçün bu il dəmir filizi fyuçersləri üçdə birdən çox ucuzlaşıb.

“Goldman Sachs Group”un uzun müddətdir yüksəlişdə olan mis proqnozunu ton başına təxminən 5 min dollara endirməsi ötən həftə bazarlarda metallarla bağlı daha ehtiyatlı əhval-ruhiyyə gündəmə gətirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et