“Dəmir Bank”ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılır | Banco.az

“Dəmir Bank”ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.

Müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə yanvarın 23-dən başlanılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ödəniş nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et