Dekabrda kapital bazarına üz tutan maliyyə şirkətləri | Banco.az

Dekabrda kapital bazarına üz tutan maliyyə şirkətləri

Banco.az Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən diqqətinizə təqdim edir: 

09 dekabr 2014-cü il - "Union Lizinq"

"Union Lizinq" açıq səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 10 manat olan 4 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1002019441 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlər "Union Lizinq" açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1001019442 və hər birinin nominal dəyəri 1 manat olan 4000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

16 dekabr 2014-cü il - Azər-Türk Bank

"Azər-Türk Bank" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 5 776 341 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1003004426 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

15 dekabr 2014-cü il - Unibank

“"Unibank" Kommersiya Bankı" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 20 000 ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının buraxılışı AZ2009002026 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 

Ən sərfəli kredit üçün müraciət et

17 dekabr 2014-cü il Atəşgah Həyat Sığorta Şirkəti

 "Atəşgah Həyat" Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 6 500 manat olan 1 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1006006873 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlər “Atəşgah Həyat" Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1005006874 və hər birinin nominal dəyəri 4 000 manat olan 1 000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək. 

18 dekabr 2014-cü il- AccessBank

"AccessBank" Qapalı Cəmiyyətinin cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1000 (bir min) manat olan   12 000 ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının buraxılışı AZ2003004283 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

22 dekabr 2014-cü il - Günay Sığorta

"Günay Sığorta" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 000 manat olan 2 300 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001008346 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et