2019-cu ilin əvvəlindən Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi artırılıb. Ötən ilin son aylarını fürsət bilən idxalçılar xaricdən daha çox avtomobil gətirməyə başlayıblar.
2018-ci ildə Azərbaycana ən çox avtomobil Dekabr ayında idxal olunub. Noyabr və oktyabr aylarında da idxal yüksək sayda baş tutmuşdu.
Dekabr ayında ölkəmizə 6162 ədəd cəmi avtomobil, o cümlədən 5718 ədəd minik avtomobili idxal olunub. Noyabr ayında ölkəmizə 3378 ədəd cəmi avtomobil, o cümlədən 3084 ədəd minik avtomobili idxal olunmuşdu. Beləliklə avtomobil idxalı aylıq müqayisədə 1,8 dəfə artıb.
2018-ci ilin 12 ayı ərzində ölkəmizə cəmi 28 876 ədəd avtomobil idxal olunub. Bu, 2017-ci illə müqayisədə 2,2 dəfə çoxdur. 2017-ci ildə 13 098 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. İllik müqayisədə minik avtomobili idxalı 11 610 ədəddən 26 147 ədədə yüksəlib.
Qısası, oktyabrın əvvəlində “2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır” xəbərini eşidən idxalçılar vergi qalxmamış xaricdən daha çox avtomobil gətirməyə başlayıblar.
2018 Ay |
Cəmi avtomobil idxalı, ədəd |
O cümlədən, minik avtomobili idxalı, ədəd |
Yanvar |
986 |
908 |
Fevral |
1079 |
959 |
Mart |
1441 |
1291 |
Aprel |
1804 |
1627 |
May |
1984 |
1679 |
İyun |
2294 |
2021 |
İyul |
2112 |
1917 |
Avqust |
2334 |
2123 |
Sentyabr |
2348 |
2155 |
Oktyabr |
2954 |
2665 |
Noyabr |
3378 |
3084 |
Dekabr |
6162 |
5718 |
Cəmi |
28 876 |
26 147 |
Marja