Dəhşətli yanğın zamanı sığorta şirkətinin yaydığı elan mənəviyyatsızlıqdırmı? | Banco.az

Dəhşətli yanğın zamanı sığorta şirkətinin yaydığı elan mənəviyyatsızlıqdırmı?

Müəllif: Orxan Rza

Çox təssüf ki, bir neçə saat öncə dəhşətli yanğın xəbəri aldıq. Xəbər agentliklərinin məlumatına görə artıq 7 nəfər dünyasını dəyişib, çox məyusedici və üzücü bir xəbərdi. Ölənlərin ailəsinə səbr diləyirəm. Oturduğun yerə belə faciə yaşamaq çox ağırdır :(

Amma bu yazıda mən yanğın barədə deyil, yanğından bir az sonra Facebook’da paylaşılan bir elan onun ətrafında cərəyan edən müzakirələr haqda yazmaq istəyirəm. Yanğından bir neçə dəqiqə sonra “A-Group Insurance Company” Facebook səhifəsində “Əmlakınızı sığortalamağın əsl vaxtıdır! Əmlakınızın nə dərəcədə etibarlı mühafizə olunduğu haqda heç düşünmüsünüzmü?” başlıqlı status paylaşıblar.

sigorta-yangin-facie

Sığorta şirkətinin bu statusu Facebookda həddən artıq aqressiya doğurub. Dostluğumda olan şəxslərdən bir neçəsi həmin statusu paylaşaraq bunu çox mənəviyyatsız, əxlaqsız bir addım olduğunu vurğulayıblar. Bəs doğurdanmı şirkəti buna görə “asıb-kəsmək” lazımdır?

Ən sərfəli kredit üçün müraciət et

Əslində həmin şirkətin paylaşdığı status uğurlu Real-Time Marketing addımıdır (Gerçək Zamanlı Marketinq). İnsanların diqqəti bu hadisəyə yönəldiyi anda belə bir mesajla onlara təsir etməyə və verilən mesajın insanların yaddaşına həkk olunmasına, diqqəti cəlb etməyə çalışıblar. Mesaj isə nədir: “Əmlakınızı sığortalayın”, “Əmlakınızı etibarlı müdafiə olunmasına diqqət edin”. Burada mənfi bir şey varmı? Yox. Adamlar mesaj verib, sığortaya diqqəti yönəldib, gələcəkdə baş verə biləcək bu cür hallarda insanların başına bu cür xoşagəlməz hadisə gəldikdə o hadisədən daha az zərərlə çıxması üçün xəbərdarlıq edir.

Təbii ki, bu cür üzücü bir hadisənin fonunda insanların əksəriyyəti hissələrini cilovlaya bilmir. Belə bir anda bu cür elan Şirkətin özünü reklam etməsi kimi görünə bilər (reklam amili də var təbii ki), amma bu həm də insanlara xəbərdarlıq, insanları məlumatlandırmadır.

Bəli, mənəvi, psixoloji aspektdən yanaşsaq bəlkə də bu statusun müəyyən mənada qeyri-etik olduğunu demək olar, amma marketinq nöqteyi-nəzərdən Şirkətin paylaşdığı bu elanı uğurlu RTM saymaq lazımdır. Çünki, şirkət insanların diqqətinin əmlakın yanması mövzusunda olduğu vaxt əmlakı sığortalamağın önəmini çatdırır, insanları maarifləndirir.