Dəfələrlə imtahandan kəsilən tələbə Nobel mükafatını necə qazandı? | Banco.az

Dəfələrlə imtahandan kəsilən tələbə Nobel mükafatını necə qazandı?

Tamara Mustafayeva, Banco.az

Albert Eynşteyn 14 mart 1879–cu ildə Almaniyanın Ulm şəhərində anadan olub.

Həmçinin oxu: Albert Eynşteyn haqqında 10 maraqlı fakt

Doğularkən başı yekə, özü isə kök bir körpə idi. O, uzun müddət danışa bilməyib və bu vəziyyət valideynlərinin narahatlığına səbəb olub.

Danışmağa başlayanda isə ağır-ağır danışır, sözləri dəfələrlə təkrar edirdi.

9 yaşına çatanadək Albert əksərən öz-özü ilə danışır, insanlar onun qəribə, ləng və kütbeyn olduğunu düşünürdülər. Məktəbdə suallara asta cavab verdiyi üçün müəllimləri onun digər aşağı göstəricili şagirdlər kimi olduğunu güman edirdilər, ancaq o, ilk elmi təcrübəsi ilə hamını olduqca təəccübləndirir.

“ Yalnız öyrənməyi hədəfləyərək çalışdığınız zaman vaxtın necə keçdiyini anlamırsınız.”

Albert sərt qaydalar, kor-koranə itaət və alman məktəblərindəki avtoritar rejimlə mübarizə aparmışdı. O, əzbərə meyilli sistemin təbliğ edildiyi, yaradıcı, müstəqil və tənqidi təfəkkürün cəzalandırıldığı tədris sisteminə nifrət edirdi.

O, daima müəllimlərini və onların tədris metodlarını öz beynində müzakirə etməklə həmin rejimə qarşı özündə inamsızlıq formalaşdırmışdı. Beləliklə o, məktəbdənkənar olaraq özü öz təhsili ilə məşğul olur, 12 yaşında təkbaşına həndəsəni öyrənməyə başlayır və 16 yaşında ilk elmi məqaləsini yazır.

“Rejimə kor-koranə inam həqiqətin ən böyük düşmənidir.”

O, fizika üzrə təhsil almaq üçün yeni məktəbə daxil ola bilmir və bütün ili yenidən imtahana girmək üçün çalışır.

Albert məktəbi sevmirdi, nadir hallarda dərslərə gedir, imtahanlardan keçmək üçün dostlarının köməyindən istifadə edirdi.

İmtahan çox uğursuz keçir, o, elmə olan marağını artıq itirmişdi. Dərslərdə davamiyyəti yaxşı olmadığı üçün müəllimləri ona işlə bağlı məsləhətlər vermirdilər, beləliklə o, məzun olduqdan sonra iş tapmaqda olduqca çətinlik çəkdi.

O, bütün sərvətini itirmiş və ondan kömək gözləyən ailəsinin yanına qayıtdı. Ən böyük arzusu isə fizika sahəsində öz karyerasına başlamaq idi.

“İstədiklərinə nail olmaq üçün çıxdığın yolda əsla yolundan dönmə. Böyük xəyalları olan insan, əlində çox böyük imkan olandan daha güclüdür.”

Ən sərfəli kredit üçün müraciət et

Albert elm adamlarına onların yanında işə başlamaq üçün məktublar göndərirdi, əvəzində isə ancaq müvəqqəti müəllimlik təklifləri alırdı. Nəhayət o, cavan bir oğlana müəllimlik etməyə razı olur.

Tapdığı növbəti iş isə başqa bir ölkədə idi, beləliklə o, ofis işçisi kimi işləmək üçün İsveçrəyə yollanır. Lakin bu, onun elmə olan həvəsinə uyğun bir iş deyildi.

Bununla belə, bu iş onun üçün çox əlverişli idi, çünki o, tapşırıqları sürətlə yerinə yetirir və vaxtının qalanı elmə həsr edirdi. Beləliklə Albert növbəti üç il ərzində dayanmadan işlədi.

“Müdrikliyin 1 %-i istedad, 99”%-i isə çox çalışmaqdır.”

1905–ci il onun üçün “Möcüzəvi il” hesab edilir. Elm sahəsində inqilab yaradan 4 məqaləsini nəşr etdirir. Nobel mükafatına layiq görülür və xeyriyyə fəaliyyətlərinə görə də böyük rəğbət qazanır.

Albert Eynşteyn bu vaxta qədər yaşamış ən ağıllı və nüfuzlu insanlardan biri hesab edilir.

Onun həyatı bizə xatırladır ki, arzularımızın reallaşmasına maneələri biz öz beynimizdə yaradırıq, əslində isə hər şey xəyallarımızdan asılıdır.

 “Təxəyyül bilikdən daha mühümdür. Biliyin sərhədləri var. Təxəyyül isə bütün dünyanı gəzir.”

Həmçinin oxu: Eynşteyn işləməli olsaydı, nə baş verərdi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et