Müəllif: Tamara Mustafayeva, Banco.az
"Deep Seek" AI modelini təkmilləşdirmək üçün "Gemini"dən istifadə edir.
Banco.az xəbər verir ki, çinli laboratoriya “Deep Seek” bir sıra riyaziyyat və proqramlaşdırma testlərində yaxşı nəticə göstərən yeni R1 məntiqi süni intellekt modelinin yenilənmiş versiyasını təqdim edib. Şirkət, modelin öyrədilməsində istifadə olunan məlumatların mənbəyini açıqlamasa da, bəzi süni intellekt tədqiqatçıları ən azından bir hissəsinin “Google”ın Gemini AI ailəsinə aid olduğunu bildirirlər.
Deep Seek bundan əvvəl rəqib süni intellekt modellərindən əldə edilmiş məlumatlar əsasında təlim keçməkdə ittiham olunmuşdu. Tərtibatçılar 2023-cü ilin dekabr ayında “Deep Seek”in V3 modelinin özünü tez-tez “OpenAI”ın süni intellekt əsaslı söhbət platforması olan ChatGPT kimi təqdim etdiyini müşahidə etmişdilər; bu isə modelin ChatGPT-nin söhbət qeydləri üzərində öyrədilmiş ola biləcəyinə dair ehtimalları gücləndirir.
Bizi sosial şəbəkələrdən izləyin!!