Mərkəzi Bankın açıqladığı göstəricilər əsasında son 5 il ərzində Azərbaycanda kredit və debet kartlarından əhalinin istifadə göstəricilərini sizlərə təqdim edirik.
Göstəricilərə baxdıqda görürük ki, debet kartlarının sayı 2013-cü ildə daha çox olduğu halda, kredit kartlarının sayında artım 2014-cü ildə müşahidə olunmuşdur.
Lakin 2015- ci ilin sonunda hər iki kartda azalma müşahidə olunur.
Biz həmin azalmanı kartların əməliyyatlar zamanı istifadə edilməsində də görə bilərik. Belə ki, 2014-cü ildə istər debet, istərsə də kredit kartlarından əməliyyatlarda istifadə çoxalsa da, 2015-ci ildə bu göstəricilər aşağı düşmüşdür.
2014-cü il ilə müqayisədə, debet kartları ilə aparılan əməliyyatların həcmi 2015-ci ildə 18% azaralaq 816 mln. manat təşkil etmişdir.
Eyni ilə kredit kartları ilə aparılan əməliyyatların həcmi 2015-ci ildə 35% azalaraq 160 mln. manat təşkil etmişdir.
Bu azalmaların yaşanmasına təbii ki, 2015-ci ildə devalvasiyanın başlamasının böyük təsir qüvvəsi vardır.