Kredit kartlardan fərqli olaraq debit kartların əldə olunması daha asandır və yalnız müddətdən asılı olaraq xidmət haqqını ödədikdən sonra istənilən karta sahib ola bilərsiniz. Bununla yanaşı pulsuz və ya hədiyyə olaraq əldə edə biləcəyiniz kartlar da mövcuddur. Azərbaycanda kartlar əsasən Visa və MasterCard ödəniş sistemləri bazasında yaradılmışdır.