DB: Avropa və Mərkəzi Asiya regionunda 2017-2018-ci illərdə iqtisadi artım 1,5% və 1,8% olacaq | Banco.az

DB: Avropa və Mərkəzi Asiya regionunda 2017-2018-ci illərdə iqtisadi artım 1,5% və 1,8% olacaq

Bu il Avropa və Mərkəzi Asiya (AMA) regionu ölkələrində ÜDM-in nəzərə çarpmayan artımı müşahidə olunacaq. Banco.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) AMA regionu üzrə yeni iqtisadi hesabatında qeyd edilib.

Dünya Bankı hesab edir ki, neft və digər əmtəə qiymətlərinin aşağı səviyyədə olması, Avropa İttifaqında investisiya reytinqinin azalması və həyata keçirilən struktur dəyişiklikləri regionda iqtisadi artımı əngəlləyir və populizm və qütbləşmənin artmasına imkan yaradır: "2016-cı ildə regionda 1,6%-lik artım müşahidə edilib. Bu rəqəm ötən il 1,4%-dən bir qədər artıq olub. Müvafuq olaraq 2017-2018-ci illərdə 1,5% və 1,8%-lik artım gözlənilir".

Ən sərfəli kredit üçün müraciət et

"İqtisadi artımın Şərqi Avropa və Mərkəzi Asiyada 2016-cı ildə 0,7%, 2017-ci ildə 2,3%, 2018-ci ildə isə 2,6% olacağı proqnozlaşdırılır. Eyni zamanda, Avropa İttifaqı və Qərbi Balkan ölkələrində iqtisadi artımın 2016-cı ildəki 1,8%-dən 2017-ci ildə 1,4%-ə qədər azalacağı gözlənilir, 2018-ci ildə isə bu rəqəm 1,7%-ə yüksələcək", - deyə hesabatda bildirilir.

Mənbə: Report.az