Daxili audit haqqında anlayış | Banco.az

Daxili audit haqqında anlayış

Daxili audit sistemi müəssisə daxilində yoxlama, qiymətləndirmə və nəzarət funksiyasını həyata keçirir, menecerlər və ya direktorlar tərəfindən müəyyən olunur. Direktorlar müəssisənin daxili auditini həyata keçirmək üçün daxili audit departamenti yarada və ya daxili audit yoxlamasını həyata keçirmək üçün müxtəlif audit şirkətlərinə müraciət edə  bilərlər.

Daxili auditin əhəmiyyəti odur ki, müəssisə istər maliyyə fəaliyyətində, istərsə də əməliyyat fəaliyyətində nəzarəti gücləndirərək, xətalarının və qüsurlarının qarşısını alır və mümkün itkiləri minimuma endirir. Həmçinin, müəssisə rəhbərləri nəzarəti birbaşa özləri həyata keçirə bilmədikləri üçün daxili nəzarət sistemini yaradırlar.

Daxili nəzarət sisteminin 5 tərkib hissəsi vardır:

  1. Nəzarət mühiti - daxili yoxlamanın fəaliyyət çərçivəsini əhatə edir və əsasən direktorlar tərəfindən müəyyən olunur.
  2. Müəssisənin risk qiymətləndirmə prosesi. Bu prosesə daxildir:

-maliyyə hesabatlarına əsasən biznes risklərinin müəyyən olunması;

Ən sərfəli kredit üçün müraciət et

-riskin əhəmiyyətlilik dərəcəsinin müəyyənləşdirilməsi;

-riskin baş vermə ehtimalının qiymətləndirilməsi;

-risklərin qarşısının alınması üçün tədbirlərin müəyyən edilməsi.

    3.   Maliyyə hesabatı ilə əlaqədar informasiya sistemi. Bu, daxili nəzarətin bir hissəsi olub, aktivlər, öhdəliklər və s. haqqında hesabatlılığı təmin etmək üçün müəssisənin əməliyyatlarının və sazişlərinin qeydə alınması prosesidir.

    4.   Nəzarət tədbirləri. Bu tədbirlər müəssisə daxilində xətaların, səhvlərin qarşısını almaq üçün həyata keçirilən aşkar etmə və aradan qaldırma prosesidir.

      5.   Daxili nəzarətin monitorinqi. Bu isə daxili nəzarətin effektivliyinin daima müəyyən olunması və qiymətləndirilməsi prosesidir.

Daxili audit sistemi əsasən rəhbərliyə tabe olur və hesabatı yalnız onlara təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et