Davamlılığın kreativ həlli: Məhsul qablarını səmərəli dəyərləndirən brendlər | Banco.az

Davamlılığın kreativ həlli: Məhsul qablarını səmərəli dəyərləndirən brendlər

  • Gün ərzində zibilliyə atılan tullantıların orada yığılıb ekoloji fəsadlara səbəb olduğunu bilirsinizmi?
  • Ağacları, təbiəti, həyatı və bir sözlə gələcəyi korlayan bu vəziyyətdən xilas olmağın yolu nə ola bilər?

Əslində hər birimiz bir zamanlar köhnə əşyaları saxlamaq, yenidən dəyərləndirmək vərdişinə sahib olmuşuq, lakin günümüzdə, xüsusilə də fast-food (ayaqüstü qidalanma) sektorunda gün ərzində istifadəsi bitmiş paketlər tullanılır və yenidən dəyərləndirmək barəsində çox nadir hallarda düşünülür.

Bu problemlərlə mübarizə aparmaq, dünyanı tullantılar bataqlığından xilas edib yeni istifadə məkanları yaratmaq üçün həm konseptual, həm də öyrədici həll yolları tapmaq olar.

Aşağıda məhsul paketlərini yenidən dəyərləndirərək maraqlı layihələr həyata keçirən brendlərin ümidverici nümunələri göstərilmişdir:

SAIKAI

İçərisində peçenyelər olan 3 bölməli altıbucaq şəklində qabın qatları açıldıqda servis boşqabına çevrilir. Bu formada edilmiş dizaynın iki məqsədi var, peçenyelərin qırılmadan daşına bilməsi və işgüzar iclaslar yaxud şənliklər zamanı səmərəli servis boşqabı olmasıdır.

Born2Be

Yeməyi əyləncə ilə birləşdirən Barselonanın al-get konsepsiyasına sahib Born2Be restoranı, məhsulları ilə yanaşı həmin məhsulları təqdim etdikləri qutuları ilə də müştərilər üçün cəlbedici seçimdirlər. Çünki hər sifariş edilən qutu ilə birgə müştərilərin seçdikləri stikerlər də hədiyə edilir və alıcılar onları istədikləri yerə yapışdıra bilərlər.  

Ən sərfəli kredit üçün müraciət et

Inside The Box

Paket və qutuların fərqli şəkildə dəyərləndirilməsinə ən yaxşı nümunələrdən biri hesab edilən Inside The Box, mühacirlərə göndərilən yardım paketlərinin kəsilib birləşdirilməsi ilə uşaqların oynaya biləcəyi kart oyuncaqlara çevrilir.

IKEA + Memac Ogilvy & Mather

Müştərilən mavi alış-veris torbasına fərqli gözlə baxmasını istəyən IKEA məhdud sayda istehsal etdiyi Frakta çantalarının iç hissəsinə kəsmə və tikmə nümunələri yerləşdirdi, hər çantanın yanına onu yenidən hansı formalarda istifadə edə biləcəklərinə dair yollar göstərən kitabçalar qoydu.

10pt

Bir tələbə tərəfindən dizayn edilən 10pt adlı tişört öz paketləri ilə də ən az məhsul qədər diqqət çəkicidir. Ekoloji sağlam materiallardan istehsal edilən silindir formalı paketlər açıldığı zaman metrəyə çevrilir.

Tamara Mustafayeva, Banco.az