Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2025-ci ildə daşınmaz əmlakın icbari sığortası üzrə 80 milyon 804 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 1 milyon 895 min manat və ya 2,3% azdır. 2024-cü ildə bu növ üzrə sığorta yığımlarının məbləği 82 milyon 699 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü illə müqayisədə 532 min manat və ya 31,2% azalaraq 2 milyon 778 min manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
