Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 73 milyon 867 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 1 milyon 176 min manat və ya 1,6% azdır. Ötən ilin yanvar-noyabr aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 75 milyon 43 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 610 min manat və ya 20,8% azalaraq 2 milyon 326 min manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
