Müəllif:Ayşən İmanova/Banco.az
Danimarka hökuməti Kiyevə 783 milyon kron (təxminən 116 milyon dollar) məbləğində yeni hərbi yardım paketi ayırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu dəstək Ukraynanın həm qısa, həm də uzunmüddətli perspektivdə hərbi ehtiyaclarını ödəməyə kömək edəcək.
Məlumata görə, vəsaitlər Ukrayna hərbi-sənaye kompleksinin, eləcə də xarici tərəfdaşlar vasitəsilə məhsulların alınması üçün nəzərdə tutulub.
Danimarka Müdafiə Nazirliyi əməliyyat və təhlükəsizlik səbəbindən yardım paketinin tam məzmununu açıqlamayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!