Daim məşğul görünən insanların ortaq sirri nədir? | Banco.az

Daim məşğul görünən insanların ortaq sirri nədir?

Müəllif - Aida İsaq, Banco.az

Hər birimizin özünəməxsus həyat tərzi, karyera istiqamətləri var. Müəyyən zamanlarda ya öz seçimlərimiz yaxud müxtəlif səbələrdən dolayı hazırda sahib olduğumuz vəzifələr, uğurlar, iş yoldaşları və s. ilə birgə gələcək hədəflərimizə doğru addımlayırıq. Aramızda disiplinli formada çalışan, xəyal etdiyi nöqtələrə çatmaq üçün əzmlə çalışan insanlar da az deyil. Ancaq bir məqama da diqqət yetirməkdə fayda var. Bəzən kənardan həddindən artıq çalışan, məşğul görünən tanışlarımız, dostlarımız həqiqətən də, vizual olaraq sərgilədikləri əzmkar insan modeli ilə uyğunlaşmırlar. Çünkü uzun illərə dayanan fikir modeli hələ də düşüncələrimizdə bir qəlib olaraq qalmağa davam edir. “Daim nə iləsə məşğul olmaq ümumən məşğul insan modelini canlandırmaq insanın cəmiyyətdəki statusunu daha da gücləndirir”. Bəs bu cür yanaşmaq həyatımıza necə təsir göstərir?

Liderlik üzrə ekspert Dorie Clark bir çox şəxslərin məşğulluğa yanlış tərəfdən baxdığını bildirir. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, amerikan xalqı getdikcə məşğul olaraq və ya daim iş başında olan şəxsləri sosial cəmiyyətdə önəmli insan olaraq qəbul etməyə başlayıblar. D.Clark qeyd edir ki, insanlar “Mən çox məşğulam, işlərim çoxdur, vaxt tapa bilmirəm və s.” kimi cümlələr quraraq əslində özlərinin önəmli statusa malik olduqlarını, məşhurluqlarını vurğulamağa çalışırlar. Hətta bəzən biz istəsək belə bu hissdən qurtulmaq asan başa gəlmir.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert mənbəyi uzun illərə dayanan bu subliminal mesajın anidən aradan qalxmasının qeyri-mümkün olduğunu vurğulayaraq ən azından insanlara hadisələri və detalları incələməyi tövsiyyə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et