Dahilərin qeyri-adi həyat hekayələrini ekranlaşdıran ən maraqlı 10 film | Banco.az

Dahilərin qeyri-adi həyat hekayələrini ekranlaşdıran ən maraqlı 10 film

Tamara Mustafayeva, Banco.az

Tarixdə iz qoymuş dahi insanların həyat və uğur hekayələrindən bəhs edən filmlər hər zaman ilham verici hesab edilmişdir. Odur ki, həm faydalı informasiyalar əldə edəcəyiniz, həm də sizi motivasiya edəcək filmlərdən ibarət siyahı ilə gəlin birlikdə tanış olaq.

1. “Mr. Turner” (“Cənab Turner”)

Buraxılış ili: 2014

Ölkə: Birləşmiş Krallıq, Fransa, Almaniya

IMDb: 6,8

Tanınmış rejissor Mike Leigh bu bioqrafik filmdə ingilis rəssamlığının dahi simalarından J. M. W. Turner-in həyat hekayəsini ekranlaşdırmışdır. Filmdə 19-cu əsrin böyük rəğbət görən rəssamlarından biri olan Turner-in həyatının axırıncı 25 ilində yaşadıqları, sənətinin incəlikləri, sosial əhatəsi və şəxsi həyatı tamaşaçılara təqdim edilir.

2. “21”

Buraxılış ili: 2008

Ölkə: ABŞ

IMDb: 6,8

MIT Blackjack Komandasının real həyat hekayələrinə əsaslanan bu film MIT-də riyaziyyat fakültəsində təhsil alan Ben Campbell adlı tələbinin Harvard Tibb Məktəbinə daxil olmasından sonra lazımi təhsil haqqını ödəyə bilmədiyi üçün pul qazanmaq məqasədilə izlədiyi yoldan bəhs edir. Kazino və qumarxalar üzrə ixtisaslaşan altı dostu ilə birlikdə Las Veqasa yollanan Ben olduqca təhlükəli bir macəraya addım atmaq üzrədir.

3. “Pi”

Buraxılış ili: 1998

Ölkə: ABŞ

IMDb: 7,4

Riyaziyyat dahisi olan Maks problemli xarakterə sahibdir və güman ki, bəşər tarixinin ən mühüm icadını kəşf etmək üzrədir. Tapdığı sirr üçün bəlkə də insanlar gələcəkdə bir-birini öldürə bilərlər. Odur ki, Maks bunu hər kəsdən gizlətməlidir.

4. “Gifted” (“Dahi”)

Buraxılış ili: 2017

Ölkə: ABŞ

IMDb: 7,6

Floridada yaşayan Frank Adler 7 yaşlı bacısı qızı Meri ilə birlikdə siravi həyat sürməkdədir. Yaşı az olmasına baxmayaraq Meri qeyri-adi riyazi istedada malikdir, ancaq dayısı onun bu istedadının üzə çıxmasını istəmir, qızın yaşıdları kimi uşaqlıq keçirməsi üçün mübarizə aparır.

5. “The Social Network” (“Sosial Şəbəkə”)

Buraxılış ili: 2010

Ölkə: ABŞ

IMDb: 7,7

Film Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zuckerbergin həyat hekayəsini və məşhur platformanın yaranma mərhələlərini tamaşaçılara təqdim edir.

6. “The Theory of Everything” (“Hər şeyin nəzəriyyəsi”)

Ən sərfəli kredit üçün müraciət et

Buraxılış ili: 2014

Ölkə: Birləşmiş Krallıq, Yaponiya, ABŞ

IMDb: 7,7

Tanınmış ingilis fizik-nəzəriyyəçisi Stiven Hokinqin karyerasının ilk illəri, fiziki sağlamlığını zəiflədən ALS xəstəliyinin mərhələləri və ilk həyat yoldaşı Ceyn Vayldla münasibəti haqqında çəkilmiş bu bioqrafik film kino sənayesinin bir çox məşhur mükafatına layiq görülmüşdür.

7. “Rain Man” (“Yağış Adamı”)

Buraxılış ili: 1988

Ölkə: ABŞ

IMDb: 8,0

Rejissor Barri Levinsonun bu ekran işi savantizmdən əziyyət çəkən Reymond və onun qardaşı Çarlz Bebbitin həyatından bəhs edir. Film 4 kateqoriya üzrə “Oskar”, "Qızıl Qlobus" və Berlin kinofestivalının "Qızıl Ayı" mükafatlarına layiq görülmüşdür.

8. “A Beautiful Mind” – (“Zəka Oyunları”)

Buraxılış ili: 2001

Ölkə: ABŞ

IMDb: 8,2

Silviya Nazarın eyniadlı əsəri əsasında ekranlaşdırılan bu bioqrafik film iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edir. Eqoistliyi və özünə həddindən artıq inanması səbəbindən üzləşdiyi şəxsi problemlərlə mübarizə apara bilməyən Neş dahilik ilə dəlilik arasındakı incə cizginin dəlilik tərəfinə keçmək üzrədir.

9. “Amadeus”  (“Amadey”)

Buraxılış ili: 1984

Ölkə: ABŞ

IMDb: 8,3

Rejissor Miloş Forman tərəfindən Piter Şefferin eyniadlı pyesi əsasında yazdığı (1979) ssenariyə çəkilən bu film qeyri-adi musiqi bacarığı olan Amadey Motsart ilə bacarıqlı olsa da, dahi hesab edilməyən Antonio Salyerinin həyatından bəhs edir.

10. “Good Will Hunting” (“Ağıllı Uill Hantinq”)

Buraxılış ili: 1997

Ölkə: ABŞ

IMDb: 8,3

Uill universitetdə xidmətçi işləyən olduqca ağıllı cavan oğlandır. Ancaq dəfələrlə küçə davalarında adı hallanan Uill bu səbəbdən həbs edilmək üzrəykən köməyinə universitetin professorlarından biri olan Sin Makgire çatacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et