Yüksək zəkaları ilə dünyada iz qoyan dahilərdən kinayəli verilən suallara olduqca yerində verdikləri cavabları araşdırdıq.
Siz də tarixə düşən bu dialoqlarla tanış olun:
Qədim yunan filosofu Diogen izdihamlı gündə dar bir yolda soylu bir adamla qarşı qarşıya gəlir. Təbii ki, birinin yol verməsi lazımdır...
Adam, "Mən səfil bir adamın önündən əsla çəkilmərəm" deyər.
Diogen də cavab verər: "Mən çəkilərəm"
Napoleon'u məğlub edən İngilis ordularının generali Arthur Wellesley, savaş sonrası Vyana'da bir resepsiyonda iştirak edir.
İçəri daxil olararkən orada olan bütün fransız əsgərləri ona arxasını dönürlər. Bu zaman oradaki bir qadın Wellesley'nin yanına gəlib "Əsgərlərin kobudluğu üçün üzr istəyirəm." deyir.
General sakitcə cavab verir: “Problem deyil, xanım, kürəklərini daha öncə də görmüşdüm”
ABŞ'lı İkinci Dünya Müharibəsi qazisi, ölmədən öncə görmək istədiği Paris'ə gedir. Hava limanında pasport yoxlamasından keçməyə çalışır...
Polis:Daha önce Fransaya gəlmisinizmi?
Qazi: Bir dəfə gelmişdim.
Polis: Əgər gəlmiş olsaydınız, sıraya girməli olduğunuzu bilərdiniz.
Qazi: Ən son Fransaya gəldiyimdə 1944-cü ilin iyun ayı idi və pasportumu göstərəcək bir ədəd belə fransız səlahiyyətlisi tapmamışdım.
Bir adam Motsart'ın yanına gəlir...
Adam: Motsart, musiqidə yeniyəm. Sizin kimi sinfoniyalar yazmaq istəyirəm. Tövsiyyələriniz varmı?"
Motsart: Sinfoniyalar çox qarışıq olduğundan yeni başlayanlar üçün ideal deyildir. Bunun yerine kiçik hissələrlə başlayıb sinfoniyalara doğru gedə bilərsiniz.
Adam: Amma siz 8 yaşında sinfoniya yazmışdınız.
Motsart: Bəli. Amma kimsənin tövsiyyəsinə ehtiyac duymamışdım.
İngiltərə kralının hüzuruna çıxmağa hazırlaşan Qandi'yə düz parçadan ibarət klassik geyimin yetərli olmadığını söyləyirlər.
Qandi isə bunu son dərəcə sakit bir şəkildə cevablayır: "Narahat olmayın, kralın üzərindəki parçalar ikimizə də bəs edər."