Daha uğurlu iş adamı olmaq üçün bunları edin | Banco.az

Daha uğurlu iş adamı olmaq üçün bunları edin

İş həyatında daha çox uğurlar qazanmaq və bir az da irəli getmək istəyənlər bu yazını oxusun. İş həyatınıza töhvələr verəcək hobbiləri təqdim edirik.

Kitab oxumaq

Oxuyaraq hadisələrin gedişini öyrənən insanın ilk əvvəl özünəgüvəni artır. Kitab oxumaq insanın dünya görüşünün zənginləşməsinə, geniş düşüncəli olmağa kömək edir və hadisələri incələmək bacarığı qazandırır. Çox kitab oxuyan insanların söz xəzinəsi zəngin olduğundan, danışarkən işlətdiyi hikmətli sözlərlə hamının marağını oyada bilir. Geniş söz lüğəti və düşünmə bacarığının formalaşmasına, insanlarla ünsiyyətdə kömək edir.

Şahmat oynamaq

Şahmat oynamaq hər məsələdə alternativ yollar seçmək, qərarlar qəbul etmək, tez qərar verə bilmək, nəticəylə bağlı düşünə bilməyə kömək edir,  zehni fəaliyyətləri inkişaf elətdirir və özüninamı artırır.

Ən sərfəli kredit üçün müraciət et

Tapmaca, krossvord hesablamaq

Düşünməyə və ağlı işlətməyə sövq edir. Asan öyrənməyə və öyrənilən məlumatların asanlıqla yadda qalmasına kömək edir. Dil inkişafını sürətləndirir. Yaddaşın itirilməsinin qarşısını alır. Qavrama, xatırlamaq, problem həll etmək kimi bacarıqları inkişaf elətdirir.

Xarici dil öyrənmək

Hafizəni gücləndirir. Özünü ifadə etmək qabiliyyətini artıır.  Zehni inkişaf elətdirir. Dil zənginləşir, xarici şirkətlərdə işləmə imkanınız yaranır.

Musiqi aləti çalmaq

Beynin sol qismini gücləndirir. Hafizə və zəkanı gücləndirərək, stressi azaldır, motivasiyasını artırır. 

ailem.az

Ən sərfəli krediti almaq üçün müraciət et