Daha iki təşkilatın səhmləri dövlət qeydiyyatına alınıb | Banco.az

Daha iki təşkilatın səhmləri dövlət qeydiyyatına alınıb

03 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Muğanbank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 200 manat olan 23 471 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001005466 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.  

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, eyni tarixdə "SEMPA" QSC-nin qapalı yerləşdirilmə üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 100 manat olan 15 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001019103 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et