Daha iki ölkə Avroya keçməyə hazırlaşır | Banco.az

Daha iki ölkə Avroya keçməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Avro zona rəsmiləri Xorvatiya və Bolqaristanın Avroya keçməsi üçün ilk addımı atmağa hazırlaşırlar.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən iki ölkə ERM-2 adlanan mexanizmə dəvət ediləcəklər. Bu mexanizm hər iki ölkənin də üç il sonra Avronu ölkənin pul vahidi kimi qəbul edə bilmələri üçün ilkin mərhələ hesab edilir.

Bu həmlə ilə hazırda 19 üzvü olan Avro Zonasının 2015-ci ildən bəri ilk böyüməsi reallaşacaq.

Avropalı rəsmilər avro zona və Avropa İttifaqı maliyyə nazirlərinin iştirakı ilə bu gün və ya sabah həyata keçiriləcək iclaslarda yekun qərar verildikdən sonra sözügedən prosesin rəsmiləşdiriləcəyini bildiriblər.

Mövzu ilə bağlı iki mənbədən əldə edilən məlumata görə, spekulyasiyaların qarşısını almaq məqsədilə sözügedən qərarın birjaların bağlı olduğu həftə sonu açıqlanması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et