Tamara Mustafayeva, Banco.az
Huawei avtomobil bazarına daxil olmağa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinin texnologiya nəhəngi Huawei şirkəti öz markası ilə elektromobil istehsal etməyi planlaşdırır. Şirkət başda Changan Automobile olmaqla bir çox avtomobil istehsalçısı şirkətlə istehsal fabriklərindən istifadə üçün danışıqlar prosesinə başlayıb.
Qeyd edək ki, Huawei şirkətinin sözçüsü elektomobil istehsalı ilə bağlı xəbərləri təkzib etsə də, şirkətin Tramp sanksiyalarından sonra istehlakçı elektonikası sektorunda irəliləyiş əldə etməkdə çətinlik çəkdiyi məlumdur.
Bizi sosial şəbəkələrdən izləyin!!