Müəllif: Tamara Mustafayeva, Banco.az
“Broadcom” şirkəti də 1 trilyon dollarlıq şirkətlərin sırasına qoşulub.
Banco.az xəbər verir ki, qlobal bazarlarda texnologiya şirkətlərinin sürətlə dəyər qazanması dayansa da, çip şirkəti “Broadcom” müsbət proqnozlar fonunda bu tendensiyanı tərsinə çevirib.
Şirkətin səhmləri sürətlə bahalaşarkən bazar dəyəri 1 trilyon dolları keçib.
Şirkət maliyyə hesabatından sonra keçirilən investor konfransında elan edib ki, süni intellekt məhsullarının satışlarının növbəti birinci rübdə 10 faiz olan ümumi çip artımından çox daha sürətli artacağını gözləyir. Proqnozlaşdırılan nisbət 65 faiz təşkil edir.
“Broadcom”həmçinin məlumat mərkəzi operatorları üçün dizayn etdiyi AI çipləri bazarının 2027-ci maliyyə ilinə qədər 90 milyard dollara çatacağını proqnozlaşdırıb.
Xatırladaq ki, şirkət bu bazardan illik 10 milyard dollardan çox gəlir əldə edəcəyini və digər seqmentləri üstələyəcəyini proqnozlaşdırmışdı. Nəticədə ötən maliyyə ilində bu rəqəm 12,2 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!