Daha bir sığorta şirkətindən taksitli ödəmə imkanı | Banco.az

Daha bir sığorta şirkətindən taksitli ödəmə imkanı

“Meqa Sığorta” şirkəti öz müştərilərinə sığorta haqqını taksit kartı vasitəsi ilə ödəmək imkanı yaradıb. Bu barədə portalımıza şirkətdən məlumat verilib.
Məlumata görə, taksitli ödəniş “AG Bank”la əməkdaşlıq çərçivəsində mümkündür. Belə ki, müştərilər bankın “Həzz Kart” taksit kartı vasitəsilə sığorta haqqını ödəyib, sonra həmin pulu bir neçə ay ərzində faizsiz olaraq banka qaytara bilərlər.

Həmin kartla yanaşı, “AG Club” kartı təqdim edən müştərilər isə nəinki faizsiz kredit, hətta bütün könüllü növ sığorta məhsulları üzrə 5% endirim əldə edəcəklər. Təkcə "AG Club" kartını təqdim edən müştərilərə isə bütün könüllü sığorta məhsulları üzrə 15% endirim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

“Meqa Sığorta” müştərilərə sığorta məhsullarının pulsuz çatdırılmasını da təklif edir.

Mənbə: fins.az