Daha bir ölkə Ukraynadan idxalın dayandırılmasını tələb edib | Banco.az

Daha bir ölkə Ukraynadan idxalın dayandırılmasını tələb edib

Müəllif - Aida İsaq, Banco.az

Moldovada fermerlər assosiasiyası dövlət orqanlarından kompensasiya ayırmağı yaxud Ukrayna taxıl və yağlı bitkilərin idxalını məhdudlaşdırmağı tələb edib. 

Banco.az xəbər verir ki, məlumata görə, bir sıra Avropa ölkələrinin Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa tətbiqi Moldova daxil olmaqla, digər ölkələrə idxal axınının artması riskini artırır. Eyni zamanda bildirilir ki, ölkə fermerləri Polşa, Rumıniya və Bolqarıstandakı fermerlərlə eyni mövqedən çıxış edərək regional kənd təsərrüfatı bazarlarında balansın pozulmasına qarşıdırlar.

Qeyd edək ki, bir gün əvvəl yəni prelin 18-də Rumıniyada ölkə hakimiyyətindən Ukraynadan kənd təsərrüfatı məhsullarının tədarükünə müvəqqəti qadağa qoyulması tələb olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram