Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliya da “TikTok” tətbiqini qadağan edən ölkələrin sırasına qoşulub.
Banco.az xəbər verir ki, Avstraliyanın qərarı ABŞ, Kanada, Böyük Britaniya və Yeni Zelandiya kimi ölkələrin qadağalarla bağlı oxşar addımlarından sonra verilib.
Baş prokuror Mark Dreyfus verdiyi bəyanatda kəşfiyyat və təhlükəsizlik agentliklərinin məsləhəti əsasında bu qadağanın "mümkün qədər tez" qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, Avstraliya təhlükəsizlik baxımından “TikTok”un federal hökumət cihazlarında istifadəsini qadağan edən "Beş Göz" kimi tanınan elektron kəşfiyyat alyansının sonuncu üzvü olub.
Xatırladaq ki, Avropa İttifaqının (Aİ) icra orqanı olan Aİ Komissiyası təhlükəsizlik səbəbilə fevralın 23-də işçilərinə Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” tətbiqindən istifadə qadağası qoyub.
Bizi sosial şəbəkələrdən izləyin!!