Daha bir ölkə Omikron ştammı səbəbindən qaydaları sərtləşdirdi | Banco.az

Daha bir ölkə Omikron ştammı səbəbindən qaydaları sərtləşdirdi

Tamara Mustafayeva, Banco.az

Fransa koronavirusun Omikron ştammı ilə bağlı ehtiyat tədbirlərini sərtləşdirməyə qərar verib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa 23 dekabr tarixində pandemiyanın əvvəlindən bəri qeydə alınan ən yüksək gündəlik yoluxma sayının (91 min 608 nəfər) müşahidə edilməsindən sonra koronavirusun Omikron ştammının yayılmasının qarşısını almaq məqsədilə əlavə ehtiyat tədbirləri görməyə başlayıb.

Baş Nazir Jan Kasteks və Səhiyyə Naziri Oliver Veranın açıqladığı yeni qaydalara görə, tədbirlərdə iştirak qapalı məkanda 2000, açıq havada isə 5000 nəfərlə məhdudlaşdırılacaq. Bununla yanaşı, idman meydançalarında, kinoteatrlarda, konsert kimi mədəni-kütləvi tədbirlərin keçirildiyi məkanlarda, ictimai nəqliyyatda yemək-içmək qadağan olunacaq, bar və kafelərdə isə qida məhsullarının istehlakına ayaq üstə deyil, ancaq oturaraq icra edilmə izni veriləcək.

Şəhər mərkəzində tibbi maskalardan istifadə məcburi olacaq və mümkün qədər hər kəs həftədə ən azı 3 gün evdən işləyəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu gündən etibarən qüvvəyə minəcək bu yeni qaydaların icrası 3 həftə davam edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et