Müəllif:mehin Qasımova,Banco.az
Pandemiyadan sonra ortaya çıxan dörd günlük iş günü sınaqlarından sonra başqa bir ölkə hərəkətə keçdi.
Banco.az xəbər verir ki, Eurostat məlumatlarına görə, Hollandiya dörd günlük iş günü modelinə hazırlaşır.
Mütəxəssislərin fikrincə, ölkədə artıq tam ştatlı işçilərin iş saatlarını beş gün əvəzinə dörd günə sıxışdırması geniş yayılmağa başlayıb.
Hollandiya bankı ING-nin iqtisadçısı Bert Colijn bildirib ki, vergi və sosial təminat sistemi bu cür iş formatını təşviq edib. Onun sözlərinə görə, zaman keçdikcə bu nümunə daha da normallaşıb və xüsusən azyaşlı uşaqları olan kişilər arasında part-time iş yerlərinə maraq artıb.