Daha bir neçə xarici şirkət bazarı tərk etdi | Banco.az

Daha bir neçə xarici şirkət bazarı tərk etdi

zərbaycanda fəaliyyət göstərən daha bir neçə xarici şirkətin nümayəndəliyi fəaliyyətini dayandırıb.Bu barədə “Vergilər” qəzetinə istinadən xəbər verilir.

“Burintek” elm-istehsalat müəssisəsi MMC-nin (Rusiya) Azərbaycandakı ”Burintex Azərbaycan” nümayəndəliyi ləğv olunduğu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi,25A ünvanına bildirə bilərlər.

Birləşmiş Ərəb Əmirliyinin hüquqi şəxsi olan “Globalink Logistics Group Ltd.” şirkətinin Azərbaycan nümayəndəliyi də ləğv olunduğu elan edib. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,34 ("AF Mall Business Center") ünvanına bildirməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, "Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı nümayəndəliyi 15 sentyabrdan ləğv olunacağını elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ünvanına bildirə bilərlər.

Mənbə: Report.az