Daha bir mərkəzi bank uçot faizini artırdı | Banco.az

Daha bir mərkəzi bank uçot faizini artırdı

Tamara Mustafayeva, Banco.az

Malayziya Mərkəzi Bankı (BNM) uçot faizini 25 bənd artıraraq 2,5 faizə çatdırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Malayziya Mərkəzi Bankı (BNM) uçot dərəcəsi faizini 25 baza bəndi artıraraq 2,5-ə çatdırıb ki, bu da ötən 2 ilin ən yüksək səviyyəsidir.

Bank rəsmilərinin keçirdiyi iclasda bazarın əksəriyyətinin proqnozlarına uyğun qərar qəbul edilsə də, Bloomberg ekspertləri 50 baza bəndi artım gözləyirdilər.

BNM faiz artımı qərarını açıqlayarkən bunun əvvəlcədən müəyyən edilmiş bir yol olmadığını qeyd edib və əlavə edib ki, gələcəkdə monetar siyasətin daha çox sərtləşdirilməsi halında qəbul ediləcək qərarlar "ölçülü və mərhələli" xarakter daşıyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et