Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb | Banco.az

Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) 10 iclasdır davam etdirdiyi faiz artımını tempini dayandırıb.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA) çərşənbə axşamı baş tutan iclasında faiz qərarını açıqlayıb.

Bank standart faiz dərəcəsini dəyişməyərək 3,6 faiz səviyyəsində saxlayıb. Proqnozlar da faiz dərəcəsində dəyişiklik olmayacağı ilə bağlı idi.

Bu, RBA-nın 2022-ci ilin aprelində dərəcələri artırmağa başlamasından bəri qeydə alınan ilk fasilədir. RBA əvvəlki 10 iclasında faiz dərəcələrini ümumilikdə 350 baza bəndi yüksəldib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et