Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb | Banco.az

Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Malayziyada overnight faiz dərəcəsi gözlənildiyi kimi dəyişməyərək 2.75% səviyyəsində saxlanılıb.

Banco.az xəbər verir ki, Malayziya Mərkəzi Bankı bugün keçirilən iclasında ardıcıl ikinci dəfədir ki, faiz dərəcəsini dəyişməyərək sabit saxlayıb. 

“Bloomberg”in sorğusunda iştirak edən 20 iqtisadçıdan 11-i məhz bu istiqamətdə proqnoz verərkən, digərləri 25 baza bəndi artım gözləyirdilər.

Bununla da, Mərkəzi Bank çətin qlobal iqtisadi şərait fonunda keçmiş faiz artımlarının təsirini dəyərləndirməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et